Bakı-Tbilisi-Qars layihəsinin ləngiməsinin səbəbləri açıqlanıb

Bakı-Tbilisi-Qars layihəsinin ləngiməsinin səbəbləri açıqlanıb
İqtisadiyyat 1876
 

"Bu il Bakı-Tbilisi-Qars layihəsində işlər çox irəli getməli idi, amma qışın sərt keçməsi bu işlərə maneə yaratdı”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Bu il Qarsda 47-54 dərəcə şaxta olub, ona görə işlər yubanıb. Qarsda 80 kilometrlik yolun 27 kilometrinin üst yatağı artıq düzülüb. Gələn ay Qarsda Türkiyəli nazir Əhməd Arslanla görüşəcəyəm. Bu il avqustun axırı, sentyabrın əvvəlinə kimi Qars yolunu aça bilərik. Bizə mane olacaq bir məsələ qalmayıb. Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar ki, tam yekunlaşıb. Burada təxmini 10-15% iş qalıb. Türkiyə tərəfdə isə tikini işləri hələ qalıb”, - deyə C.Qurbanov bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədov mühüm toplantıda (FOTO)

Ziya Məmmədov mühüm toplantıda (FOTO)

Bu gün Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclası keçirilir....

1698 İqtisadiyyat 17:46 12 fevral 2016

Son xəbərlər