Bakı-Şarm əş-Şeyx birbaşa aviareyslərinin perspektivləri müzakirə olundu – FOTO
11
sen
2018
12:38
Bakı-Şarm əş-Şeyx birbaşa aviareyslərinin perspektivləri müzakirə olunub.Bu barədə Azərbaycan Turizm Assosiasiyasından BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov Misir nümayəndə heyətini qəbul edib.Görüş zamanı AZTA rəhbəri Assosiasiyanın fəaliyyəti, ölkənin turizm potensialının təbliği və turizm sahəsinin inkişafı sahəsində görülmüş işlər, onların nəticələri barədə qonaqlara geniş məlumat verib.Nahid Bağırov qonaqları assosiasiyanın ölkə xaricində fəaliyyət göstərən nümayəndəlikləri və onların təbliğat kampaniyalarına tövhələri barədə də məlumatlandırıb. AZTA-nın bundan sonra da Azərbaycanın turizm potensialının inkişafında aktiv iştirak edəcəyinı assosiasiya rəhbəri nümayəndə heyəti üzvlərinin diqqətinə çatdırdı.Görüş zamanı Azərbaycan və Misir arasinda turizm əlaqələrinin inkişafı, o cümlədən ikitərəfli turist mübadiləsinin artırılması, turizm şirkətləri və müvafiq qurumlar arasındə əlaqələrin inkişafı perspektivləri müzakirə olundu.Tərəflər Bakı-Şarm əş-Şeyx birbaşa aviareysinin qarşılıqlı turist axınına tövhəsindən danışdılar.Sonda tərəflər Azərbaycan və Misir arasında turizm əlaqələrinin inkişafına bundan sonra da tövhə verəcəkləri barədə qərara gəldilər.BAKU.WS
Oxşar xəbərlər
AZTA nəzdində yeni aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır
Azərbaycan Turizm Assosiasiyası (AZTA) nəzdində yeni aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır.BAKU.WS xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyasının...