Bağlanmış bankların əmlakları satışa çıxarılır – QİYMƏTLƏR
Azərbaycanda ləğv edilmiş bir neçə bankın balansında qalan daşınmaz əmlaklar satışa çıxarılır. Yaxın günlərdə keçiriləcək hərraclarda müxtəlif şəhərlərdə yerləşən obyektlər yeni sahiblərini tapa bilər.
BAKU.WS-in məlumatına görə, aprelin 29-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Bank of Azerbaijan" və "Dəmir Bank"a məxsus əmlakların satışı təşkil olunacaq.
Mayın 13-də isə "AtaBank", "AGBank" və yenidən "Dəmir Bank"ın aktivləri üzrə növbəti hərrac keçiriləcək.
Satışa çıxarılan obyektlər ölkənin müxtəlif bölgələrini əhatə edir. Onların arasında Zərdab, Quba, Bakı, Şirvan, Göyçay, Şamaxı və Sumqayıt şəhərlərində yerləşən qeyri-yaşayış sahələri var. Əmlakların qiyməti təxminən 55 min manatdan başlayaraq yarım milyona yaxın məbləğə qədər dəyişir.
Hərraca çıxarılan əmlakların siyahısı isə belədir:
Zərdab şəhəri, R.Kərimov küçəsi – 221,6 kv.m qeyri-yaşayış binası (200 000 manat) – "Bank of Azerbaijan"
Quba şəhəri, Heydər Əliyev prospekti 150 – 289,9 kv.m qeyri-yaşayış binası (360 000 manat) – "Dəmir Bank"
Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi (2951-ci məhəllə, ev 2B) – 71,6 kv.m qeyri-yaşayış sahəsi (140 000 manat) – "Dəmir Bank"
Şirvan şəhəri, Heydər Əliyev prospekti – 314,7 kv.m qeyri-yaşayış binası (365 500 manat) – "AtaBank"
Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi – 324,8 kv.m qeyri-yaşayış binası (420 000 manat) – "AtaBank"
Şamaxı şəhəri, Şəhriyar küçəsi 22 – 279,3 kv.m qeyri-yaşayış binası (490 000 manat) – "AtaBank"
Sumqayıt şəhəri, 47-ci məhəllə – qeyri-yaşayış sahəsi (55 000 manat).
Qeyd edək ki, satış prosesini bankların ləğvedicisi qismində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu təşkil edir. Maraqlanan şəxslər hərraclarda iştirak edərək bu əmlakları əldə etmək imkanı qazanacaqlar.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk"
Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat n...