Azərbaycanın ən böyük bankından gözlənilməz faiz qərarı

Azərbaycanın ən böyük bankından gözlənilməz faiz qərarı
İqtisadiyyat 3029

 

Azərbaycan Beynəlxalq Bankı (ABB) əmanətlərə görə faiz dərəcələrini kəskin azaldıb.

ABB-nin məlumat bürosundan BAKU.WS-ə verilən məlumata görə, bankda manatla yerləşdirilən əmanətlərə görə illik faiz dərəcələri 3,25%-ə endirilib. Bu qərarın oktyabr ayının 1-dən verildiyi bildirilib. ABB-nin bu qərarına qədər müştərilər əmanətlərini banka 8-10% civarında yerləşdirirdi. 

Bankdan bildirilir ki, 08.06.2015-ci il tarixinədək bağlanmış əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.

Bununla yanaşı, 01.10.2015-ci il tarixinədək AZN-da bağlanmış 3, 6 və 9 aylıq əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.

Şahin Həbibov

BAKU.WS

Azərbaycanın ən böyük bankından gözlənilməz faiz qərarı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əhali pullarını niyə banklardan geri götürür?

Əhali pullarını niyə banklardan geri götürür?

"Bir sıra bankların öhədliklərini yerinə yetirə bilməməsi bəzi vətəndaşlarımızda pullarını əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərrəddüdlər yaradıb...

1046 İqtisadiyyat 11:18 12 oktyabr 2015

Son xəbərlər