Azərbaycanın mobil operatoru öz smartfonunu buraxacaq
18
dek
2018
22:10
“Bakcell” mobil rabitə operatoru öz brend smartfonunu təqdim edəcək.BAKU.WS Trend-ə istinadən bildriir ki, bunu şirkətin icraçı direktoru Nikolay Bekers deyib.Onun sözlərinə görə, bu, şirkətin 2019-cu il birinci rüb üzrə planlarına daxildir:“Bu, keyfiyyətli məhsul olacaq və bir sıra yeni funksiya və özəlliklərə malik olacaq. Məhsul sərfəli şərtlərlə təqdim olunacaq”.Gələn ilin digər planlarından danışan N.Bekers deyib ki, planlar arasında satış mağazalarının konsepsiyasının yenilənməsi də nəzərdə tutulub. Yenilənmiş konsepsiya ilə işləyən ilk mağaza bu gün Bakıda açılıb:“Bu mağazadan telefon almış hər bir müştəri pulsuz və limitsiz danışıq və internet paketi alacaq və bu paketləri 2019-cu il boyunca istifadə edə biləcək”.BAKU.WS
Oxşar xəbərlər
Yaxın 5 ildə həm MMS, həm də SMS xidmətləri ləğv oluna bilər
Gələcəkdə insanlar telefonla daha az danışacaq.BAKU.WS-in məlumatına görə, bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers Trend-ə müsahibəsində deyi...