Azərbaycanlı tərcüməçinin səhvi rublu kəskin bahalaşdırdı
26
okt
2018
08:21
“İnterfaks” xəbər verir ki, Azərbaycan tərcüməçisinin səhvi nəticəsində Rusiya rublunun məzənnəsi hərraclarda kəskin artdı.Virtualaz.org RuPosters-ə istinadən bildirir ki, səhv sitatı birinci bu portal dərc etmişdi.Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana baş çəkmişdi. Bakıda brifinqdə çıxış edərkən o bildirmişdi ki, "ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə baxmır". Sonra aydınlaşdı ki, ABŞ nümayəndəsi az qala bunun əksini deyibmiş, ancaq Azərbaycan dilinə tərcümədə sitat təhrif olunub."Biz hərəkətləri, hansılar ki, kimyəvi silahın tətbiqi haqqında qanunvericiliyə uyğun olaraq təşəbbüs etməyə məcbur edilə bilərik, öyrənməyə davam edirik. Hal-hazırda qərar qəbul edilməyib", - “Bloomberg” onun əsl ifadəsini sitat gətirib.Nəticədə rubl demək olar ki, 70 qəpik bahalaşdı, dolların məzənnəsi 65 rubl aşağı düşdü. "Əmanət bank"ın səhmləri 4%, VTB-nin aksiyaları isə 2% artdı.BAKU.WS
Oxşar xəbərlər
Con Bolton Azərbaycan Prezidenti ilə nəyi müzakirə edib? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik mə...