Vəzifəsindən istefa verən Taleh Quliyevi kimin əvəz edəcəyi BİLİNDİ

Vəzifəsindən istefa verən Taleh Quliyevi kimin əvəz edəcəyi BİLİNDİ
Sosial 126

Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi vəzifəsindən istefa verən Taleh Quliyevin yerinə kimin təyin edildiyi məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Taleh Quliyevin səlahiyyətlərini Audiovizual Şuranın Kommunikasiya sektorunun əməkdaşı Xəyalə Mərdanlı icra etməyə başlayıb.

Vəzifəsindən istefa verən Taleh Quliyevi kimin əvəz edəcəyi BİLİNDİ

***17:10

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.

BAKU.WS xəbər verir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.

Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında şuranın kommunikasiya sektorunun müdiri təyin edilmişdi.

O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də çalışıb.

Son xəbərlər