Azərbaycanda xərclənən pulun bir qismi aeroportda geri qaytarılacaq

Azərbaycanda xərclənən pulun bir qismi aeroportda geri qaytarılacaq
İqtisadiyyat 1608
 

Azərbaycana gələn qonaqlar alış-veriş zamanı "Tax free" imkanlarından istifadə edərək ödədiyi məbləğin bir hissəsini geri ala biləcəklər.

Vergilər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, "Tax free" xarici vətəndaşlar tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. Bu imkandan istifadə etmək üçün xüsusi "Tax free" stikerləri olan ticarət obyektindən alış-veriş etmək lazımdır. "Tax free" stikerləri olan mağazalarda turistlər aldığı mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edən zaman hava limanında geri ala biləcək.

Nazirlikdən əlavə ediblər ki, müvafiq sənədlər təsdiqlənmək üçün artıq təqdim olunub, hazırda sistem test rejimindədir.

Azərbaycan vətəndaşları, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilərə və vətəndaşlığı olmayanlar, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər və yaşı 14-dən aşağı olanlar "Tax free" imkanından yararlana bilməz.

TAX FREE bəzi mallara - aksizli mallara, ərzaq mallarına, dərman pereparatları və tibbi ləvazimatlara, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, ixracı üçün lisenziya tələb edilən mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, müşayiət olunmayan baqajla Azərbaycan ərazisindən aparılan mallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara şamil edilmir.

BAKU.WS

Oxşar xəbərlər

"Whatsapp"-dan möhtəşəm yenilik

"Whatsapp"-dan möhtəşəm yenilik

Məşhur mesajlaşma tətbiqi "Whatsapp"ın yeni versiyası istifadəyə veriləcək. BAKU.WS məlumat verir ki, gələcək günlərdə tətbiqin kompüterlər üçün olan versiyası...

3 Sosial 11:09 05 may 2016

Son xəbərlər