Azərbaycanda unun qiyməti ucuzlaşıb
10
apr
2019
17:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda unun topdansatış qiyməti aşağı salınıb.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, bu barədə "Karat Holdinq" MMC-nin mətbuat xidmətindən məlumat verilib.Qeyd olunur ki, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkan yaradıb. Ona görə də əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən "Karat Holdinq" indiyədək topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiymətini bu gündən 25,45 manat müəyyənləşdirib."Karat Holdinq" MMC-dən bildirilib ki, məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq. Şirkət bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.BAKU.WS
Oxşar xəbərlər
Unun qiyməti qalxıb - VİDEO
Son vaxtlar bölgələrdə unun qiymətində artım müşahidə olunur. 50 kiloqramlıq kisədə 2-3 manat artım var.Xezerxeber.az-ın məlumatına görə, bölgələrdə unun qiymət...