Azərbaycanda dollara olan tələbat rekord həddə çatdı

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə - 600 mln. ABŞ dollarından çox olub.
BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a bank dairələrindən məlumat verilib.
ARDNF-in hərraca çıxardığı valyutanın məbləği 50 mln. dollar olub. Bu vəsait 29 kommersiya bankına satılıb.
"Report"un analitik qrupu hesab edir ki, tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir: "Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür".
BAKU.WS

Oxşar xəbərlər
Dollarla bağlı proqnoz: rəsmi məzənnə 1,75 AZN/USD olacaq
Azərbaycanda ABŞ dollarının məzənnəsinin artması prosesi orta müddətdə davam edəcək. "Report"un analitik qrupu hesab edir ki, dolların bahalaşmasının bir neçə...