Azərbaycanda dollar bir az da ucuzlaşdı (RƏSMİ)

Azərbaycanda dollar bir az da ucuzlaşdı (RƏSMİ)
İqtisadiyyat 1380

 

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.

Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin sabaha USD/AZN rəsmi məzənnəsi cüzi ucuzlaşaraq 1,5858 təşkil edib.

Bu gün dolların məzənnəsi 1,5894 USD/AZN olaraq müəyyən edilmişdi. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda dollar yenə ucuzlaşdı (RƏSMİ)

Azərbaycanda dollar yenə ucuzlaşdı (RƏSMİ)

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə ve...

1961 İqtisadiyyat 09:08 03 fevral 2016

Son xəbərlər