Azərbaycanda dollar bahalaşdı (RƏSMİ MƏZƏNNƏ)
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüzi ucuzlaşıb. Avropanın vahid valyutası 1,1156-dan 1,1134 AZN-ə geriləyib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0511-dən 1,0512 AZN-ə yüksəlib.
Rusiya rublu isə ucuzlaşıb. Rubl 0,0158-dən 0,0156 AZN-ə düşüb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının
5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dollar ucuzlaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüz...