Azərbaycanda daha 3 bank birləşir

Azərbaycanda daha 3 bank birləşir
İqtisadiyyat 1342

 

Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a bank dairələrindən məlumat verilib. Məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən fevralın 1-də lisenziyası bərpa edilən "NBC Bank" ASC artıq bu ilin aprel ayında "Parabank" ASC və "Dekabank" ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib.

Mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb.

"Report"un sorğusuna cavab olaraq "Parabank"dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, "Dekabank"dan isə bu məlumatın səhv olduğunu bildiriblər.

"NBC Bank"dan isə "Report"a bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib.

"Report"un AMB-dəki mənbələrdən əldə etdiyi məlumata görə isə, bu bankların birləşmə ilə bağlı sövdələşməsində üçüncü tərəf kimi "Dekabank" deyil, "Kredobank" ASC iştirak etmək niyyətindədir.

BAKU.WS

Son xəbərlər