Azərbaycanda bağlanan bankda əhalinin 3 milyondan çox pulu qalıb
"Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 3 mln. 635 min manat, qorunan əmanətlərin cəmi 3 mln. 315 min manat, kompensasiya olunan əmanətlər isə 2 mln. 132 min manat təşkil edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, bu bankda qorunan əmanətçilərin sayı 472 nəfərdir. "Kompensasiya almaq üçün qorunan əmanətçilər aprelin 19-dan Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər”, - deyə o bildirib.
Qeyd edək ki, sabahdan etibarən qorunan əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bu bankda pulu qalanlara şad xəbər
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu "Yunayted Kredit Bank” ASC-də kompensasiyaların ödənişinə başlayacaq. BAKU.WS-in Fonda istinadən verdiyi məlumata g...