Azərbaycanda 6 bankın binası satışa çıxarıldı

Azərbaycanda 6 bankın binası satışa çıxarıldı
İqtisadiyyat 1261
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan 6 banka məxsus 47 əmlak hərraca çıxarır.BAKU.WS Fonda istinadən xəbər verir ki, “Bank Standard” QSC, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarılır.7 lot üzrə əmlak birinci dəfə, 17 lot üzrə ikinci dəfə, 10 lot üçüncü dəfə, 11 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək.Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında keçiriləcək.BAKU.WS

Son xəbərlər