Azərbaycanda 3 milyon manat pulu oğurlanan bankın filialları bağlandı
"Dəmirbank”ın daha 3 filialı bağlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fins.az-a bankdan bildirilib. Məlumata görə, Bankın Xırdalan, Bakıxanov və İçəri Şəhər filialları ötən ilin sonundan etibarən fəaliyyətlərini dayandırıb. Hər 3 filial üzrə müştəri portfelləri digər filiallara ötürülüb. Xırdalan filialı Xəzər filialı ilə, İçəri Şəhər filialı Yasamal filialı ilə birləşdirilib. Bakıxanov filialı üzrə portfel isə Nəsimi və Mərkəz filiallarına ötürülüb. Bankdan verilən məlumata görə, filialların ləğv edilərək portfelin digər filiallara ötürülməsi yeni biznes dövrünə keçid və xərclərin optimallaşdırlması ilə bağlıdır.
Qeyd edək ki, hazırda "Dəmirbank”ın Bakı üzrə 11, regionlarda isə 20 filialı fəaliyyət göstərir.
Onu da xatırladaq ki, bir neçə gün əvvəl bankdan hakkerlər tərəfindən 3 milyon manat pul oğurlanmışdı.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda məşhur bankın 6 filialı bağlandı
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən "PAŞA Bank” ASC-nin yeni şöbəsinin açılmasına...