Azərbaycana gələn turistlərin sayı 6 faiz artıb

25
dek
2018
21:21
2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6 faiz və ya 151 min nəfər artıb.Dövlət Turizm Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb.Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65 faizini təşkil edib.Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, Birləmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.Agentlikdən bildirilib ki, müsbət artım tendensiyası ilə yanaşı, azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 33 faiz azalıb.BAKU.WS
Oxşar xəbərlər
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 70% artıb
2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4464,5 min n...
