"Azerspace-3" peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Azerspace-3" telekommunikasiya peykinin 2029-cu ilin sonuna qədər istismara buraxılması nəzərdə tutulur.
Bu barədə "Report"a müsahibəsində "AZCON Holding"in icraçı direktoru Şahin Babayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") həm telekommunikasiya peyk xidmətləri, həm də müşahidə peykləri sahəsində fəaliyyətini artırır: "Yerin müşahidə peyklərindən olan "Azersky-2A" peyki ilə əlaqədar layihə davam etdirilir və bu istiqamətdə işlərin 2029-cu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır".
Ş.Babayev bildirib ki, eyni zamanda "Azerspace-1" telekommunikasiya peykinin istifadə müddətinin başa çatmasını nəzərə alaraq, "Azerspace-3" peykinin 2029-cu ilin sonunadək istismara buraxılması nəzərdə tutulur: "Beləliklə, "Azərkosmos" həm Yerin müşahidə peyki, həm də telekommunikasiya peyki xidmətləri sahəsində fəaliyyət istiqamətlərini daha da genişləndirmiş olacaq".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...