"Azeri Light" neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azeri Light neftinin qiyməti 97 dollardan aşağı düşüb
İqtisadiyyat 4

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində ciddi enmə qeydə alınıb.

BAKU.WS xəbər verir ki, neft bazarındakı mənbənin verdiyi məlumata görə, Azərbaycan neftinin bir bareli əvvəlki göstərici ilə müqayisədə 5,14 ABŞ dolları (5,04 faiz) ucuzlaşaraq 96,73 ABŞ dollarına enib.

Hərracların yekununa əsasən, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 91,43 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin bir bareli də 4,71 ABŞ dolları (4,79 faiz) ucuzlaşaraq 93,54 ABŞ dollarına düşüb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu marka üzrə neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər