"Azeri Light" nefti ucuzlaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti enib. Son məlumata görə, bir barelin dəyəri 1,03 ABŞ dolları və ya 0,94 % azalaraq 108,16 ABŞ dollarına düşüb.
BAKU.WS-in məlumatına görə, hərracların yekununda "Brent" markalı neftin may fyuçersləri 103,31 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin qiyməti də azalıb. Burada bir barel 1,01 ABŞ dolları və ya 0,95 % ucuzlaşaraq 105,31 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub. Bu neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65 % təşkil edir.
Oxşar xəbərlər
SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il əldə etdiyi 50,8 milyard ABŞ dolları gəlirlə Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqində birinci yeri...