Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 30 %-ə yaxın artıb
26
mar
2025
18:00
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsinin dəyəri 57,5 milyon ABŞ dolları təşkil edib.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 % çoxdur.
Son 1 ildə Azərbaycanın Yaponiyaya ixracının dəyəri 29,1 % azalaraq 1,9 milyon ABŞ dollarına düşüb, bu ölkədən idxalının dəyəri isə 33,6 % artaraq 55,6 milyon ABŞ dollarına çatıb.
Hesabat dövründə Yaponiyanın Azərbaycanın ümumi ixracında payı 0,04 %, ümumi idxalında payı isə 1,34 % olub.
Oxşar xəbərlər
Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Bolqarıstana 358 min 842,99 ton xam neft ixrac edib. BAKU.WS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə gör...