Azərbaycanın Pakistan iqtisadiyyatına 2 mlrd dollarlıq sərmayə qoyması müzakirə edilib
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla telefon danışığı aparıb.
BAKU.WS xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Qeyd olunur ki, danışıq zamanı Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyması müzakirə edilib.
Məhəmməd İshaq Dar və Mikayil Cabbarov ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluqlarını ifadə ediblər və münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri qarşılıqlı maraq doğuran sahələrdə Pakistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsində yüksək səviyyəli əlaqələrin vacibliyini vurğulayıb. Pakistan iqtisadiyyatının müəyyən sahələrinə Azərbaycan investisiyalarının qoyulmasına imkan verən mexanizmin yekunlaşdırılması barədə razılığa gəlinib.
Oxşar xəbərlər
Kriptovalyuta bazarında günün göstəriciləri: Bitcoin və Ethereum artdı
Yanvarın 2-də kriptovalyuta birjalarında qiymətlərin hərəkətliliyi davam edib. Dünyanın ən məşhur kriptovalyutası Bitcoin son 24 saat ərzində 1,52% artaraq 88 8...