Azərbaycanın meyvə-tərəvəz ixracından əladə etdiyi gəlir məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə Azərbaycandan 707 milyon 795 min ABŞ dolları dəyərində 686 min 254 ton meyvə-tərəvəz ixrac edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
əvvəlki illə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 2.5% və ya 18.1 milyon ABŞ dolları, həcmi isə 5% və ya 35.8 min ton azalıb. 2023-cü ildə Azərbaycan 725 milyon 902 min dollar dəyərində 722 min 78 ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 175,4 milyon ABŞ dolları dəyərində tomat (145.6 min ton) , 128.9 milyon ABŞ dolları dəyərində meşə fındığı (20.2 min ton), 113.7 milyon ABŞ dolları dəyərində xurma (154.3 min ton), 61.9 milyon ABŞ dolları dəyərində alma (97.8 min ton ), 29.8 milyon ABŞ dolları dəyərində nar (33.9 min ton) və 20.5 milyon ABŞ dolları dəyərində kartof (48.2 min ton) olub.
Xatırladaq ki, ötən il meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.67%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.09%-ə bərabər olub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...