Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb
İqtisadiyyat 73

Bu ilin birinci yarısında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 523 480,1 min manat təşkil edib, bu da illik müqayisədə 2,7% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 538 277,6 min manat səviyyəsində olub.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 18 513 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,8% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 13 924,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 058 072,5 min manat təşkil edib, bu da illik müqayisədə 4% azdır.

Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

Son xəbərlər