Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın bu il oktyabrın 1-nə 17 milyard 46,8 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 987 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 59,8 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 3 %-i 1 illik, 56,3 %-i 2 və 3 illik, 40,7 %-i isə 5 il və daha artıq müddətli olub.
Sentyabrın sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib.
Yarımil ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...