Azərbaycanın büdcə göstəriciləri açıqlanıb: 4 ayda 16 milyard manatdan çox gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar–aprel aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyi xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib.
Bu barədə BAKU.WS nazirliyə istinadən məlumat yayıb.
Məlumata əsasən, 4 ay ərzində icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri isə 12 milyard 43,4 milyon manat təşkil edib. Dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat (proqnozdan 0,7 faiz çox), xərcləri isə 10 milyard 933,4 milyon manat (proqnozdan 3,7 faiz az) olub.
Gəlirlər strukturuna görə Dövlət Vergi Xidməti üzrə daxilolmalar 6 milyard 862,5 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 2 milyard 32,7 milyon manat təşkil edib.
Eyni dövrdə digər mənbələr üzrə də daxilolmalar qeydə alınıb. Dövlət Neft Fondundan transfert 4 milyard 280 milyon manat, büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 229,1 milyon manat olub.
Nazirliyin məlumatına görə, ümumilikdə göstəricilər büdcə gəlirlərinin proqnozdan müəyyən qədər yüksək, xərclərin isə nisbətən aşağı icra olunduğunu göstərir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...