Azərbaycanın bu regionunda vergi daxilolmaları KƏSKİN ARTDI

Naxçıxan muxtar respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergi daxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb.
BAKU.WS-in məlumatına görə, 2024-cü ildə Naxçıvanda vergi daxilolmaları 2023-cü illə müqayisədə 37,6% artaraq 226,6 mln. manat təşkil edib. Bu, proqnoz göstəricilərlə müqayisədə 30,2% çoxdur.
2024-cü ildə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 71,4% artaraq 21.778, ƏDV ödəyicilərinin sayı 87,1% artaraq 709 olub.
Ötən il muxtar respublikada vergi ödəyiciləri elektron qeydiyyat sisteminə üstünlük verib və dövlət qeydiyyatına düşən 241 kommersiya hüquqi şəxsin 83%-i elektron qaydada qeydiyyata alınıb.
Qeyd edək ki, ötən iki il ərzində Naxçıvanda 3.200-ə yaxın onlayn nəzarət-kassa aparatı, 2.200 dən çox POS-terminal quraşdırılıb. 2024-cü ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 66,2% artaraq 1 mlrd. manatdan çox, o cümlədən POS-terminallar üzrə dövriyyə 38,8% artaraq 112 mln. manat olub.
Oxşar xəbərlər
Sosial müavinət və təqaüdlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR
Dövlət başçısının tapşırığına uyğun olaraq sosial paket yalnız əmək haqqı, pensiya artımları deyil, eyni zamanda sosial müavinət və təqaüdlərdə artımları özündə...
