Azərbaycanın bu il neft ixracından gəlirləri 63% artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 12 397 710,22 min ABŞ dolları dəyərində 16 414 905,12 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,04% azalsa da, dəyəri 63,4% artıb.
Qeyd edək ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.
Oxşar xəbərlər
Bu il Azərbaycan hansı ölkələrə neft ixrac edib?
Azərbaycanın bu ilin yanvar-fevral aylarında ixrac etdiyi və 2 044 milyon ABŞ dolları gəlir əldə etdiyi 5 694 min ton bitumlu süxurlardan alınmış xam neft və ne...