Azərbaycanın bu dövlət qurumunun Dünya Bankına borcu 40% artdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 264,761 milyon manat təşkil edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,15% çoxdur.
Hesabat dövründə “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 17,55% artaraq 128,433 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 13,6% artaraq 66,304 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 2% azalaraq 38,785 milyon manat, Dünya Bankına borcu 39,8% azalaraq 14,676 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 6,5% artaraq 16,49 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə dəyişməyərək 73 min manat olub.
Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz, KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə, ABB isə illik 1%-lə verib.
Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...