Azərbaycandan xaricə hava nəqliyyatı ilə səfər edənlərin sayı 27 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan hava nəqliyyatı ilə 40 ölkəyə 2 milyon 548 min 897 nəfər səfər edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında məlumat yer alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,6 %) və 609 min 620 sərnişin (26,7 %) çoxdur.
9 ayda Azərbaycandan ən çox sərnişin 694 min 576 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 27,3 % çoxdur.
Siyahıda Rusiyanı Türkiyə (671 min 842 nəfər sərnişin, + 16,5 %) və Birləşmiş Ərəb Əmirlikləri (300 min 940 sərnişin, +38,8 %) izləyib.
Siyahıda daha sonra Gürcüstan 150 904 sərnişin (+ 37,9 %), Səudiyyə Ərəbistan 91 403 sərnişin (+ 12 %), Hindistan 78 447 (+ 5 dəfə), Qazaxıstan 71 237 sərnişin (+25,5 %), İtaliya 47 300 sərnişin (+ 94 %), Qətər 46 863 sərnişin (+ 2 dəfə) və İsrail 40 559 (+ 10%) qərarlaşıb.
İlk onluğa Hindistan, Qətər və İtaliyanın daxil olması ilə Küveyt (38 470 sərnişin, + 24,9 %), Özbəkistan (37 955 sərnişin, - 19,6 %), və Almaniya (30 015 sərnişin, + 13,3 %) TOP-10-dan çıxıb.
Təkcə sentyabrda isə Azərbaycandan hava nəqliyyatı ilə 315 min 636 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 26,4 % çoxdur.
O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 29 % artaraq 92 min 7 nəfər olub.
Oxşar xəbərlər
Saatlarla enerji doldurur, cəmi 300-400 kilometr gedə bilir: Elektrik benzinə qalib gələ bilmir
Son vaxtlar dünyada, o cümlədən Azərbaycanda hibrid və elektriklə işləyən avtomobillərin sayı artır. Məntiqlə bu, ölkədə yanacaq sərfiyyatını azaltmalıdır. Amma...