Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və antrasit göndərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana gübrə və antrasit daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
***11:32
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) saat 11:30-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...