Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin ikinci rübündə Gürcüstan Azərbaycandan həyata keçirilən səfərlərdən 59,5 milyon ABŞ dolları həcmində gəlir qazanıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.
İllik müqayisədə gəlirdə 10,3% artım qeydə alınıb.
Hesabat dövründə Gürcüstanın beynəlxalq səfərlərdən əldə etdiyi gəlirin ümumi həcmi ötən ilə nisbətdə 3,8% azalaraq 1,1 milyard ABŞ dolları təşkil edib. Gəlirin böyük hissələri 194,9 milyon ABŞ dolları olmaqla Avropa İttifaqı ölkələrinin, 182,8 milyon ABŞ dolları olmaqla Rusiyanın, 134,9 milyon ABŞ dolları olmaqla Türkiyənin, 123,8 milyon ABŞ dolları olmaqla İsrailin payına düşüb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...