Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
İqtisadiyyat 4

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

İndiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium , 1 114 ton kömür və 334 ton taxta göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər