Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilib
Bu gündən Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilib.
"Report" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.
Dəyişikliyə əsasən, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycandakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda 2 il müddətinə yol vergisindən azad edilir.
Bundan başqa, dəmir yolu ilə nəql edilən yüklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisindən azad edilib.
Oxşar xəbərlər
Azərbaycan daha iki ölkədən sarımsaq tədarük etməyə başlayıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 3,41 milyon ABŞ dolları dəyərində 2 525 ton sarımsaq gətirilib. "Report"un Dövlət Statistika Komitəsinin...