Azərbaycanda zədələnmiş təyyarə mühərrikinə görə sığorta ödənişi verilib
29
dek
2023
18:47
“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus sərnişin təyyərəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib.
“Report”un əldə etdiyi məlumata görə, ödəniş "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) verilib.
Belə ki, aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş həyata keçirərkən onun mühərrikinə yad cisim düşüb və mühərrik zədələnib. Araşdırmalar və qiymətləndirilmələr bitdikdən sonra bu il dəymiş zərərin dəqiq məbləği müəyyənləşdirilib və ödəniş həyata keçirilib.
Oxşar xəbərlər
Bank maşınlarını təcili satışa çıxardı - UCUZ QİYMƏTLƏR
17 noyabr 2023-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 32 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...