Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
Azərbaycanda turizmin inkişafı üzrə hazırlanmış yeni dövlət proqramında infrastruktur layihələrinə subsidiya dəstəyi məsələsi də yer alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, proqram hazırda hökumət daxilində razılaşdırılmasının yekun mərhələsindədir və turizmin inkişafına mane olan əsas problemlərin həllini nəzərdə tutur: "Sənəddə nəqliyyat əlçatanlığının artırılması, turizm məkanlarına "son kilometr" bağlantısının yaxşılaşdırılması, eləcə də turizm infrastrukturunun inkişafı üçün subsidiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Turizmin inkişafı təkcə bir qurumun fəaliyyəti ilə məhdudlaşmır və yol, elektrik, su təchizatı, rabitə, eləcə də digər infrastruktur layihələri üzrə dövlət qurumları ilə özəl sektorun koordinasiyalı fəaliyyəti vacibdir. Yeni dövlət proqramının əsas məqsədi turizm sektorunun inkişafı üçün bütün aidiyyəti tərəflərin fəaliyyətini vahid yanaşma çərçivəsində əlaqələndirməkdir".
Oxşar xəbərlər
İşğaldan azad edilmiş ərazilərdəki müəssisələr 17 milyon manatdan çox rüsumdan azadolma əldə edib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal fəaliyyəti quran müəssisələr (sənaye parkları daxil olmaqla) idxal olunan texnika, texnoloji avadanlıql...