Azərbaycanda sәhiyyә vә sosial xidmәtlәrdən ödәniş daxilolmaları 2,2 dəfə artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sәhiyyә vә sosial xidmәtlәr iqtisadi fәaliyyәt sahәsi üzrә ödәniş daxilolmalar 731,1 milyon manat tәşkil edib.
BAKU.WS bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Bu ilin I rübündə 153,8 milyon manat, II rübündə isə 577,3 milyon manat olub ki, bu da, illik müqayisədə müvafiq olaraq 2,3 dəfə və 3,2 dəfə çoxdur.
6 ayda bu sahәdә bütün qruplar üzrә artım qeydә alınıb. Sektorda artıma töhfә verәn әsas qruplar xәstәxanaların fәaliyyәti (346,8 milyon manat), sәhiyyә sahәsindә sair fәaliyyәt (153,1 milyon manat) vә yaşayışa tәminatı olmayan sair sosial xidmәtlәrin göstәrilmәsi (69 milyon manat) olub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...