Azərbaycanda orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7% artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Hesabat dövründə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqısı 1 174,4 manat təşkil edib.
Məlumata görə, orta aylıq əməkhaqqının daha yüksək olduğu sahələr arasında mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı yer alıb.
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...