Azərbaycanda mobil operatorların GƏLİRLƏRİ AÇIQLANDI
Azərbaycanda mobil telefon rabitəsi operatorlarının gəlirləri 173 milyon manatı ötüb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 20,7 faiz artaraq 459,3 milyon manat təşkil edib.
Bu dəyərin 71,2 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 37,8 faizi və ya 173,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Oxşar xəbərlər
Azərbaycanda inflyasiya açıqlandı: Ərzaq 17 faizdən çox bahalaşıb - FOTO
2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12,2 faiz, o cümlədən ərz...