Azərbaycanda Kasko sığortası ilə bağlı yeni dəyişikliklər tətbiq ediləcək
Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü (Kasko) sığortası sahəsində yeni yanaşmaların tətbiqi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov məlumat verib.
Onun sözlərinə görə, planlaşdırılan yeniliklər beynəlxalq sığorta standartlarına uyğunlaşmanı təmin etməklə yanaşı, sığorta müqaviləsinin tərəflərinin hüquq və öhdəliklərinin daha dəqiq müəyyənləşdirilməsinə, həmçinin müştəri məmnuniyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Əliyar Məmmədyarov bildirib ki, daşınmaz əmlakın icbari sığortası istiqamətində də təkmilləşdirmələr nəzərdə tutulub. Bu dəyişikliklər təbii fəlakətlərdən yaranan risklərin təsirinin minimuma endirilməsinə, sığorta təminatının daha uyğun səviyyədə formalaşdırılmasına və zərərlərin daha operativ qiymətləndirilməsinə imkan verəcək.
Bundan başqa, işsizlik halında sığorta təminatı təqdim edən kredit sığortası məhsulu da hazırlanıb. Yeni məhsulun kredit götürən şəxslərin maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edəcəyi bildirilib.
Əliyar Məmmədyarov vurğulayıb ki, sığorta bazarında həyata keçirilən bütün yeniliklər sektorun dayanıqlığının artırılmasına yönəlib.
Oxşar xəbərlər
DSMF sədri: "Son 6 ildə vətəndaşların sosial müdafiə ilə bağlı müraciətləri 60 % azalıb"
Azərbaycanda son 6 ildə sosial müdafiə xidmətləri ilə bağlı vətəndaş müraciətləri və şikayətləri 60 % azalıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Əm...