Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18
iyn
2026
17:12
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə "Multi Solutions" və "Cibpay" MMC-lərin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən qəbul olunub.
Beləliklə, ölkədə ödəniş təşkilatlarının sayı 9-dan 7-yə düşüb, əvəzində elektron pul təşkilatlarının sayı 13-dən 15-ə qalxıb.
Oxşar xəbərlər
İslam İnkişaf Bankının sədri Azərbaycanı sürətli transformasiya nümunəsi adlandırıb
Bakı və Azərbaycan genişmiqyaslı transformasiya, dayanıqlı tərəqqi və keçmişə nəzər salmadan irəliyə getmək bacarığının bariz nümunəsidir. BAKU.WS "Report"a ist...