Azərbaycanda həyat sığortası üzrə ödənişlər 40 %-dən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 450,482 milyon manat sığorta haqqı toplanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 40,3 % artaraq 288,111 milyon manata çatıb.
Beləliklə, 5 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 64 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 49,2 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.
Oxşar xəbərlər
Aİ ölkələri artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiqini təklif edirlər
Avstriya, Almaniya, İspaniya, Polşa və Portuqaliya ABŞ və İsrailin İrana qarşı müharibəsindən sonra neft qiymətlərinin kəskin şəkildə artımı səbəbindən artan mə...