Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan hökuməti 2026-cı ildə ölkədə illik inflyasiyanın 4,8% təşkil edəcəyini proqnozlaşdırır.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Proqnozu İqtisadiyyat Nazirliyi cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsini, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsirini, nominal effektiv məzənnə indeksinin dinamikasını və məzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirlərini nəzərə alaraq hazırlayıb. Nazirlik 2025-ci ildə ölkədə illik inflyasiyanın 5,4% olacağını gözləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6%, avqust ayında ötən ilin eyni ayına nisbətən 4,9%, bu ilin iyul ayına nisbətən 0,4% artıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...