Azərbaycanda əmlak sığortası bazarı 30 %-dən çox böyüyüb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmlak sığortası üzrə 139,408 milyon manat sığorta haqqı toplanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,3 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 22,659 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 12 % çoxdur.
6 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 18,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.
Oxşar xəbərlər
Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb
Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib. BAKU.WS report-a istinadən xəbər verir ki,...