Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
Bundan başqa, o deyib ki, karbon emissiyalarına vergilərin tətbiqi də geniş müzakirə olunur: "Ölkə olaraq Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) çatmaq, karbon emissiyalarını azaltmaq üçün qiymət alətlərinin tətbiqi üzərində çalışırıq, onları öyrənirik. Sadəcə vergi ödəyicilərini əmin etmək istəyirik ki, hər hansı vergi tətbiq ediləcəyi halda sahibkarlığın inkişafına mane olmasın deyə ciddi təhlillər aparılır. Yəni, həm əhaliyə bunun təsiri olmasın, hansısa istehlak xərcləri artmasın, həm də mikrosahibkarların üzərində ciddi vergi yükü yaranmasın. Bir sözlə, sənayenin, ümumilikdə sahibkarlığın inkişafını məhdudlaşdırmayan karbon emissiyası üzərində vergi tutma üzərində işləyirik".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...