Azərbaycanda dövləti 3 helikopteri satışa çıxardı - QİYMƏTLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq.
Bu barədə BAKU.WS nazirliyə istinadən xəbər verir.
Bildirilib ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb. Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.
Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10%-i məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.
| S/N | Balanssaxlayıcı müəssisənin adı | Əlaqəli şəxs | Nəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
| 1 | Azərbaycan Hava Yolları QSC | Marat Abdulbadaeev 0556509410 | Airbus Helicopters EC-155B1 | 2005 | 2000000 | 200000 |
| 2 | Azərbaycan Hava Yolları QSC | Marat Abdulbadaeev 0556509410 | Airbus Helicopters EC-155B1 | 2005 | 2000000 | 200000 |
| 3 | Azərbaycan Hava Yolları QSC | Marat Abdulbadaeev 0556509410 | Airbus Helicopters EC-135P2 | 2009 | 2000000 | 200000 |
Oxşar xəbərlər
DYP maşını satışa çıxarıldı - QİYMƏTLƏR - FOTO
1 fevral 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 22 nəqliyyat vasitəsi çıxarılıb. Hərra...