Azərbaycanda dollara tələb kəskin artdı

Azərbaycanda dollara tələb kəskin artdı
İqtisadiyyat 490

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

BAKU.WS-in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 59,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 52,3% və ya 20,3 mln. artıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər