Azərbaycanda bütün siqaretlər bahalaşdı
Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artıb.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb.
“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 qəpik qiyməti artırılıb.Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib.
Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.
Oxşar xəbərlər
İqtisadçı: “Bir ədəd siqaretin maya dəyəri 2,5 qəpik artacaq” - AÇIQLAMA + FOTO
Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatında aksiz dərəcələrinin artırılması öz əksini tapıb. Məlumata görə, Verg...