Azərbaycanda aqrar sektor 2,2 % böyüyüb
Bu ilin yanvar ayında Azərbaycanda 547,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.
Bitkiçilik məhsullarının dəyəri 20,8 % artaraq 29,1 milyon manata çatıb. Heyvandarlıq məhsullarının dəyəri isə 1,3 % artaraq 518,7 milyon manat olub.
Qeyd edək ki, kənd təsərrüfatında 2025-ci ilin yanvar ayında diri çəkidə 47,3 min ton ət, 159,7 min ton süd, 193,7 milyon ədəd yumurta və 25,5 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2 %, yumurta istehsalı 2,9 %, tərəvəz istehsalı 24,3 % artıb, süd istehsalı isə 0,6 % azalıb.
Oxşar xəbərlər
Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb"
"Bu gün fəaliyyətə başlayan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olduqca uğurlu keçir, çünki forumu şəxsən Prezident açıb". BAKU.WS xəbər verir ki, bunu...