Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 700 minə çatıb

22
okt
2022
14:07
Bu il oktyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,2% artaraq 699 553 olub.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Yanvar-sentyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 9,8% artıb və 38 081 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9% artaraq 188 690-a çatıb.
Oxşar xəbərlər
ƏDV qaytaran xidmət və məhsullar - ARAŞDIRMA
Son bir neçə ildə əhalinin böyük marağına səbəb olmuş layihələrdən biri də alınmış mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi...